Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2026-cı ilin 1-ci yarımili üzrə təhlil

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2026-cı ilin I yarımilində də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 15.420 cinayət qeydə alınmışdır. Onların 36%-i (5.545-i) iqtisadi sahədə cinayətlər, 42,2%-i (6.506-ı) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 18,6%-i (2.863-ü) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 86,3%-i (13.314-ü) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. 

2025-ci ilin 6 ayı ilə müqayisədə qəsdən sağlamlığa az ağır zərər vurma 20,7% (-56), adam oğurluğu 46,7% (-7), oğurluq 11,5% (-245), dələduzluq 16,8% (-552), mənimsəmə və ya israf etmə 11,7% (-11), soyğunçuluq 8,8% (-6), quldurluq 44,2% (-19), hədə-qorxu ilə tələb etmə 10,5% (-10), avtonəqliyyatın qaçırılması 10,1% (-7), xuliqanlıq 12,5% (-38), narkotik vasitələrlə bağlı cinayətlər 4,6% (-211) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 14.711 cinayətin 93,9%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 85,8%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 92,4%-i, şəxsiyyət əleyhinə olanların 98,7%-i, onlardan qəsdən adam öldürmələrin 98,6%-i, adam öldürməyə cəhdlərin 95,7%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 97,7%-i, mülkiyyət əleyhinə olanların 91,7%-i, o cümlədən oğurluqların 89,3%-i, dələduzluqların 93,1%-i, soyğunçuluqların 97,9%-i, quldurluqların 96,8%-i, hədə-qorxu ilə tələb etmələrin 90,4%-i, avtonəqliyyat vasitələrini qaçırma cinayətlərinin 100%-i, habelə xuliqanlıqların 95,5%-i açılmışdır.

Keçmiş illərdən bağlı qalmış 218, "isti izlərlə" 3.013 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 3% yaxşılaşaraq 82,7% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 
88 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 30 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 6.887, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 70 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 4 ton 318 kiloqram (+1 ton 360 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 254 ton 921 kq olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Paytaxt – Bakı şəhəri

2026-cı ilin 6 ayında da paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 14.711 cinayətin 6.909-u və ya 47%-i Bakı şəhəri üzrə olmuş, açılması 93,2% təşkil etmişdir. Həmin cinayətlərin 84,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 15,5 %-i ağır və xüsusilə ağır növlərdir.
2025-ci ilin 6 ayı ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 18,2%, qəsdən sağlamlığa az ağır zərər vurma 20%, qəsdən sağlamlığa yüngül zərər vurma 10,4%, seksual xarakterli zorakılıq hərəkətləri 12,5%, dələduzluq 14,7%, 
quldurluq 2,5d., avtonəqliyyatın qaçırılması 25%, xuliqanlıq 15,3%, narkotik vasitələrlə bağlı cinayətlər 1,8% azalmışdır.

Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 93%-i, şəxsiyyət əleyhinə olanların 98,4%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 96,5%-i, zorlama cinayətlərinin 100%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 92, o cümlədən 18 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, belə növ hüquqazidd əməllərə görə 395 axtarışda olan təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlərin açılması yüksək olmaqla 94,9% təşkil etmişdir.

Geriyə qayıt Çap et