İctimai Şura
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və daxili işlər orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. DİN yanında İctimai Şuranın daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla 15 üzvdən ibarət tərkibdə olması müəyyən edilmişdir. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə tam şəffaf şəraitdə keçirilən seçkilərdə İctimai Şuraya üzvlər seçilmişdirlər.
Hal-hazırda DİN yanında İctimai Şura qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili və s. sahədə fəaliyyət göstərir.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsinə dair elan
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınanların siyahısı
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək birgə yığıncaqda təmsilçilərinin iştirakı məqsədilə elan
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair elan
İctimai Şuranın 2024-2025-ci illər ərzində fəaliyyəti barədə hesabat
İctimai Şuranın 2021-2023-cü illər ərzində fəaliyyəti barədə hesabat
İctimai Şuranın 2022-ci il ərzində fəaliyyəti barədə hesabat
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında
İctimai Şura üzvlərinin
S İ Y A H I S I
|
№ |
Soyadı, adı və ata adı |
Təmsil olunduğu vətəndaş cəmiyyəti |
|
1. |
Abışov Vaqif Gülağa oğlu |
DİN-in Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki |
|
2. |
Hüseynli İxtiyar Kərim oğlu |
Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü |
|
3. |
Məmmədov Zaur Vaqif oğlu |
“Bakı Politoloqlar Klubu” ictimai birliyinin sədri |
|
4. |
Nuriyev Əliməmməd Mali oğlu |
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti |
|
5. |
Süleymanov Fərhad Rəsul oğlu |
DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki |
|
6. |
Zeynalov İbrahim Xudaverdi oğlu |
BDU-nun Tarix fakültəsinin dekanı, Tarix elmləri doktoru, professor |
|
7. |
Zeynalova Mehriban Heydərəli qızı |
“Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin sədri |
Geriyə qayıt