Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2025-ci ilin yekun təhlili

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2025-ci ildə məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınmışdır. Onların 41,1%-i (13.088-i) iqtisadi sahədə cinayətlər, 37,7%-i (12.022-si) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 17,5%-i (5.590-ı) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 86,3%-i (27.477-si) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. 

2024-cü il ilə müqayisədə qəsdən adam öldürmə 8,8% (-14), qəsdən sağlamlığa az ağır zərər vurma 1,7% (-10), qəsdən sağlamlığa ağır zərər vurma 4,7% (-13), oğurluq 10,8% (-455), quldurluq 6,5% (-5), narkotik vasitələrlə bağlı cinayətlər 12,8% (-1114), ekoloji cinayətlər 3,3% (-9) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 29.572 cinayətin 93,5%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 90,1%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, adam öldürməyə cəhdlərin 80,8%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 100%-i, mülkiyyət əleyhinə olanların 89,5%-i, o cümlədən oğurluqların 82,1%-i, dələduzluqların 93,7%-i, soyğunçuluqların 100%-i, quldurluqların 100%-i, hədə-qorxu ilə tələb etmələrin 98,7%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 100%-i, habelə xuliqanlıqların 99,1%-i açılmışdır.

Keçmiş illərdən bağlı qalmış 355, "isti izlərlə" 5.398 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 1,4% yaxşılaşaraq 89,3% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 82 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 40 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 14.953, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 153 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 214 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 5 ton 675 kiloqram (+961 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 294 ton 263 kq (-142 ton 3 kq) olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Paytaxt – Bakı şəhəri

2025-ci ildə paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 29.572 cinayətin 14.104-ü və ya 47,7%-i Bakı şəhəri üzrə olmuş, açılması 93,4% təşkil etmişdir. Həmin cinayətlərin 83,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 
16,4 %-i ağır və xüsusilə ağır növlərdir.

2024-cü il ilə müqayisədə qəsdən adam öldürmə 22%, hədə-qorxu ilə tələb etmə 2,1 dəfə, mənimsəmə və ya israf etmə 42,7%, qəsdən sağlamlığa ağır zərər vurma 12,5%, oğurluq 7,6%, quldurluq 15,7%, avtonəqliyyatın qaçırılması 16,1%, korrupsiya ilə bağlı cinayətlər 14,1% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 91,8%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 100%-i, zorlama cinayətlərinin 100%-i açılmışdır.

Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 157, o cümlədən 30 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, belə növ hüquqazidd əməllərə görə 653 axtarışda olan təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 94,3% təşkil etmişdir.

Geriyə qayıt Çap et