Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2025-ci ilin 1-ci yarımili üzrə təhlil

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2025-ci ilin I yarımilində də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 17.049 cinayət qeydə alınmışdır. Onların 39,5%-i (6.730-u) iqtisadi sahədə cinayətlər, 40,5%-i (6.903-ü) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 16,7%-i (2.850-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 87%-i (14.830-u) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. 
2024-cü ilin 6 ayı ilə müqayisədə əzab vermə 43,5% (-10), oğurluq 6,2% (-141), dələduzluq 7,3% (-259), mənimsəmə və ya israf etmə 37,3% (-56), hədə-qorxu ilə tələb etmə 11,2% (-12), narkotik vasitələrlə bağlı cinayətlər 18% (-1007) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 16.094 cinayətin 92,8%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 89,7%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 89,9%-i, şəxsiyyət əleyhinə olanların 99,1%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, adam öldürməyə cəhdlərin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,3%-i, mülkiyyət əleyhinə olanların 87,3%-i, o cümlədən oğurluqların 78,6%-i, dələduzluqların 91,9%-i, soyğunçuluqların 100%-i, quldurluqların 100%-i, hədə-qorxu ilə tələb etmələrin 97,9%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 98,7%-i, habelə xuliqanlıqların 98,4%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 232, "isti izlərlə" 2.196 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,7% yaxşılaşaraq 79,7% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 48 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 30 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 7.527, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 82 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram (+114 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 151 ton 246 kq olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Paytaxt – Bakı şəhəri

2025-ci ilin 6 ayında da paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 16.094 cinayətin 7.549-u və ya 46,9%-i Bakı şəhəri üzrə olmuş, açılması 92,6% təşkil etmişdir. Həmin cinayətlərin 84,2%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 15,8 %-i ağır və xüsusilə ağır növlərdir.
2024-cü ilin 6 ayı ilə müqayisədə qəsdən adam öldürmə 43,5%, seksual xarakterli zorakılıq hərəkətləri 42,9%, oğurluq 7,8%, dələduzluq 4,2%, mənimsəmə və ya israf etmə 44%, hədə-qorxu ilə tələb etmə 28,2%, avtonəqliyyatın qaçırılması 22,2%, korrupsiya ilə bağlı cinayətlər 42,6% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 91,3%-i, şəxsiyyət əleyhinə olanların 98,6%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,3%-i, zorlama cinayətlərinin 100%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 98, o cümlədən 14 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, belə növ hüquqazidd əməllərə görə 315 axtarışda olan təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 90% təşkil etmişdir.

Səhifənin son yenilənmə tarixi: 01.07.2025

Geriyə qayıt Çap et