Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2024-cü ilin yekun təhlili

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2024-cü il də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınmışdır. Onların 40,6%-i (13.550-i) iqtisadi sahədə cinayətlər, 39,8%-i (13.273-ü) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 16%-i (5.337-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 85,8%-i (28.652-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.

2023-cü il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 13,5% (-43), oğurluq 39,3% (-2732), soyğunçuluq 36,3% (-74), narkotik vasitələrlə bağlı cinayətlər 11,9% (-1177), ekoloji cinayətlər 9% (-27) azalmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 31.526 cinayətin 90,3%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 87,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 86%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 96,6%-i, adam öldürməyə cəhdlərin 95,2%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə olanların 83,3%-i, o cümlədən oğurluqların 69,4%-i, dələduzluqların 93,3%-i, soyğunçuluqların 96%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 98,2%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 98,5%-i, habelə xuliqanlıqların 97,6%-i açılmışdır.

Keçmiş illərdən bağlı qalmış 630, "isti izlərlə" 4.037 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,1% yaxşılaşaraq 87,9% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunmuşdur.

Bütövlükdə müxtəlif cinayətlərə görə 16.725, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 247 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 216 kriminal qrup zərərsizləşdirilmişdir.

Qeyri-leqal dövriyyədən 4 ton 714 kiloqram (+250 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 436 ton 266 kq (+167 ton 385 kq) olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

 

Paytaxt – Bakı şəhəri

2024-cü il də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.

Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 31.526 cinayətin 14.925-i və ya 47,3%-i Bakı şəhəri üzrə olmuş, açılması 88,8% təşkil etmişdir. Həmin cinayətlərin 83,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən,
16,3 %-i ağır və xüsusilə ağır növlərdir.

2023-cü il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 13,5%, qəsdən sağlamlığa az ağır zərər vurma 3,8%, oğurluq 45,8%, soyğunçuluq 35,5%, avtonəqliyyatın qaçırılması 1,6%, korrupsiya ilə bağlı cinayətlər 13,4% azalmışdır.

Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 85%-i, şəxsiyyət əleyhinə olanların 98,8%-i, onlardan qəsdən adam öldürmələrin 96,2%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 97,8%-i, zorlama cinayətlərinin 100%-i açılmışdır.

Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 153, o cümlədən 40 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, belə növ hüquqazidd əməllərə görə 515 axtarışda olan təqsirləndirilən şəxs tutulmuşdur.

Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 92,8% təşkil etmişdir.

Səhifənin son yenilənmə tarixi: 01.07.2025

Geriyə qayıt Çap et