2025-ci ilin may ayı üzrə
21.11.20252025-ci ilin may ayının 1-dən 31-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 4513 sorğu daxil olmuş və hər biri cavablandırılmışdır. Onlardan 1128-i cinayətkarlıqla mübarizə, 2164-ü qanunvericilik və digər məsələlərə dair, 423-ü əməkdaşların fəaliyyətinin qanunauyğunluğu, 395-i Dövlət Yol Polisinin fəaliyyəti, 187-si ictimai təhlükəsizlik, 145-i vakansiyalar və xidmətə qəbul, və 71-i istintaq və təhqiqat qurumlarının fəaliyyətinə dair olmuşdur.