2026-cı ilin iyun ayı üzrə
05.07.20262026-cı ilin iyun ayının 1-dən 30-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 3289 sorğu daxil olub və hər biri cavablandırılmışdır. Onlardan 703-ü cinayətkarlıqla mübarizə, 1236-sı qanunvericilik və digər məsələlərə dair, 523-ü əməkdaşların fəaliyyətinin qanunauyğunluğu, 422-si Dövlət Yol Polisinin fəaliyyəti, 197-si ictimai təhlükəsizlik, 129-u vakansiyalar və xidmətə qəbul, 79-u istintaq və təhqiqat qurumlarının fəaliyyətinə dair olub.