2026-cı ilin yanvar ayı üzrə
05.02.20262026-cı ilin yanvar ayının 1-dən 31-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 3668 sorğu daxil olmuş və hər biri cavablandırılmışdır. Onlardan 846-sı cinayətkarlıqla mübarizə, 1494-ü qanunvericilik və digər məsələlərə dair, 542-si əməkdaşların fəaliyyətinin qanunauyğunluğu, 375-i Dövlət Yol Polisinin fəaliyyəti, 88-i ictimai təhlükəsizlik, 212-si vakansiyalar və xidmətə qəbul, və 111-i istintaq və təhqiqat qurumlarının fəaliyyətinə dair olmuşdur.