2026-cı ilin may ayı üzrə
02.06.20262026-cı ilin may ayının 1-dən 31-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 3175 sorğu daxil olmuş və hər biri cavablandırılmışdır. Onlardan 720-si cinayətkarlıqla mübarizə, 1033-ü qanunvericilik və digər məsələlərə dair, 546-sı əməkdaşların fəaliyyətinin qanunauyğunluğu, 481-i Dövlət Yol Polisinin fəaliyyəti, 166-sı ictimai təhlükəsizlik, 134-ü vakansiyalar və xidmətə qəbul, 95-i istintaq və təhqiqat qurumlarının fəaliyyətinə dair olmuşdur.