2025-ci ilin sentyabr ayı üzrə
21.11.20252025-ci ilin sentyabr ayının 1-dən 30-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 3589 sorğu daxil olmuş və hər biri cavablandırılmışdır. Onlardan 966-sı cinayətkarlıqla mübarizə, 1329-u qanunvericilik və digər məsələlərə dair, 517-si əməkdaşların fəaliyyətinin qanunauyğunluğu, 366-sı Dövlət Yol Polisinin fəaliyyəti, 146-sı ictimai təhlükəsizlik, 170-i vakansiyalar və xidmətə qəbul, və 95-i istintaq və təhqiqat qurumlarının fəaliyyətinə dair olmuşdur.