Ümumi çəkisi 22,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
21.01.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 22,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqrama yaxın marixuana, 1,7 kiloqramdan çox heroin və 1,5 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.