Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

DİN artıq "Telegram"da
28 07 2020

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə “Telegram”dan da məlumatlar əldə edə biləcəklər. 

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
22 07 2020 İyulun 22-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib
21 07 2020 İyulun 21-də Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən
19 07 2020 İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirililmiş yürüşdə ictimai qaydanı kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verməkdə, qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub.

Azərbaycan Respublikası Baş Prokuorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən məlumat
15 07 2020 Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutmuşlar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən
14 07 2020 Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririrk.
Gənc zabitlər xidmətə başladılar
Gənc zabitlər xidmətə başladılar 13 07 2020 İyulun 13-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani  şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
11 07 2020 Fermerlərə dövlət yardımları vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı iləbirgə xüsusi əməliyyat tədbirləri keçiriblər.
Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilmiş, 2294 nəfər inzibati cərimə olunmuşdur
06 07 2020 Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilmişdir.