Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
20 08 2020 Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
19 08 2020 Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Karantin rejim qaydalarına əməl etməyən restoran və kafelər aşkarlanıb
19 08 2020 Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən
14 08 2020 Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılmışdır.
Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələniblər
11 08 2020 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.
Nazir Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb
Nazir Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb 11 08 2020 Avqustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçlə görüşü keçirilib.
Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində və Dənizkənarı Milli Parkda boğulmaq təhlükəsi ilə üz-üzə qalan ikisi uşaq olmaqla üç nəfərin həyatını xilas ediblər
06 08 2020 Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlını qızı xilas edib.
Digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyan şəxslər məsuliyyətə cəlb ediliblər
05 08 2020 Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılmışdır.
Qurban bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti
29 07 2020

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).