Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti
10 11 2020 Əziz həmvətənlər!
Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat  21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.
Daxili İşlər Nazirliyinin yol hərəkəti iştirakçılarına müraciəti
10 11 2020 Bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.  
Daxili İşlər naziri səfiri qəbul etdi
02 11 2020 Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Özbəkistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu  qəbul etmişdir. 
Daxili İşlər Nazirliyinin ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciəti
29 10 2020 Xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
28 10 2020 Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub. Nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
23 10 2020 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
22 10 2020 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 22-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı və səfirliyin daxili işlər müşaviri vəzifəsinə yeni təyin olunmuş general-mayor Nuri Öztürkü qəbul edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
21 10 2020 Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
“Əlaqələrin daha da inkişafı xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcək”
15 10 2020 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Seyid Abbas Musəvini qəbul edib.