Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin birgə məlumatı
23 04 2021

Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilmişdir.

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib 23 04 2021 Aprelin 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan  Post-Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və Baş Mühafizə İdarəsinin  polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətəndaşların nəzərinə!
22 04 2021 Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı 22 04 2021 Aprelin 22-də Daxili İşlər Nazirliyində videokonfrans formatında mülkiyyət əleyhinə cinayətlər, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işlərinin istintaqı və təhqiqat sahəsində fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatı
17 04 2021 Xəbər verildiyi kimi, aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olmuşdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
05 04 2021 Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatı
03 04 2021 25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
30 03 2021 2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə  vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərmişdir.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
19 03 2021

Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızını boğaraq qətlə yetirməkdə şübhəli bilinən Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.