Ölçü:
Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib | |
| 08 06 2021 “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib. Tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən | |
| 05 06 2021 Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. |
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin birgə məlumatı | |
| 04 06 2021 Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. |
Daxili İşlər Nazirliyindən sürücülərə müraciət | |
| 02 06 2021 Məlumat verildiyi kimi “Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb. |
Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti | |
27 05 2021 Əziz həmvətənlər! Xəbər verildiyi kimi, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib. |
Polis Akademiyasının 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki videokonfrans keçirilib | |
26 05 2021 Bu ilin sentyabrında yaranmasının 100 illiyini qeyd edəcək Akademiyada silsilə tədbirlərin keçirilməsinə artıq start verilib. Mayın 26-da DİN-in Polis Akademiyasında beynəlxalq elmi-praktiki videokonfrans keçirilib. |
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı | |
| 26 05 2021 Mayın 26-da Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. |
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatı | |
| 19 05 2021 DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən 2 hərbi qulluqçunun həlak olması faktı ilə bağlı cinayət hadisəsinin digər iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilmiş, sonuncu təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilmişdir. |
Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib | |
10 05 2021 Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. |