Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.
Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.
DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.
E-xidmətlər kabinetiDaxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.
Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.
Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).
Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi, orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.
Daxili işlər orqanlarında xidmət etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları DİO-a qəbulla bağlı sənədlərini şəxsən təqdim etməlidirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əsasən Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri şəxsən polis orqanına təqdim edir:
1) şəxsi ərizə (Əlavə №1) (buradan yükləyin) ;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.
https://www.dxr.az/xidmet/22100