Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Dövlət xidmətləri

Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.

Elektron ödəmələr

Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.

Elektron xidmətlər kabineti

DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.

E-xidmətlər kabineti

Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi)

Mülki silahın əldə edilməsi qaydaları

XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqamna və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfındən aşağıdakı sənədlər təqdim olunur:

  • Ərizə (polis orqamndan alınmış blank doldurulur)(elektron variantını yüklə )
  • Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
  • Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub- olmaması yoxlanılır. Dövlət orqam tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
  • Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
  • Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.
    Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.
    Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir:
  • Mülki silahı əldə edən şəxsin soyadı, adı və atasınm adı silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.
  • Ticarət təşkilatı tərəfındən mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir.
  • Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu və ya idman silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.
  • Odlu ov və ya idman silahımn saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.



https://www.dxr.az/xidmet/24536

Geriyə qayıt