DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonunun Əliqulular kəndi ərazisində yol-nəqliyyat hadisəsi

09.09.2019

Sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırmışdır.

Avtomobil kanaldan çıxarılmış, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulmuşlar.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.