Ağstafa rayonunun Sadıqlı kənd sakini S.Namazovun saxladığı 6 kiloqram 205 qram heroin aşkar edilərək götürülmüşdür | |
24 yanvar 2021 Ağstafa RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sadıqlı kənd sakini S.Namazovun kənd ərazisində yaşayış olmayan tikilidə saxladığı 6 kiloqram 205 qram heroin aşkar edilərək götürülmüşdür. |
Şəmkir şəhər sakini F.Bağırovdan “Browning” markalı tapança aşkar edilərək götürülmüşdür | |
24 yanvar 2021 Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini V.Vahidova məxsus “VAZ-2107” markalı avtomobilə baxış zamanı sərnişini - Şəmkir şəhər sakini F.Bağırova məxsus “Browning” markalı tapança aşkar edilərək götürülmüşdür. |
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi | |
24 yanvar 2021 Yanvarın 24-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurmuşdur. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölmüş, A.Bağırov xəstəxanaya yerləşdirilmişdir. |
Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır | |
23 yanvar 2021 Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.
|
Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi | |
23 yanvar 2021 Yanvarın 23-də saat 15 radələrində Yasamal rayonunun Tbilisi prospektində Sumqayıt şəhər sakini A.Hacıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Qurbanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. |
Bakı şəhər sakini G.Məmmədovdan “AKSU” markalı avtomat, 1 ədəd patron darağı, 63 ədəd patron və 2 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür | |
23 yanvar 2021 Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Məmmədovdan “AKSU” markalı avtomat, 1 ədəd patron darağı, 63 ədəd patron və 2 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür. |
Moped oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini E.Rəhimov saxlanılmışdır | |
23 yanvar 2021 Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-da E.Şibiyevə məxsus “Kuba Dragon” markalı mopedi oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini E.Rəhimov saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini İ.İbrahimov saxlanılmışdır | |
23 yanvar 2021 Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də rayon ərazisindəki mağazaların birindən 600 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.İbrahimov saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri E.Səməndərli və S.Əlizadə saxlanılmışlar | |
23 yanvar 2021 Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də rayon ərazisindəki mağazaların birindən 2650 manat dəyərində ətriyyat və bir kafedən 179 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Səməndərli və S.Əlizadə saxlanılmışlar. |
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar şəhər sakini A.Balakişiyev saxlanılmışdır | |
23 yanvar 2021 Qusar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Balakişiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı evə baxış zamanı isə 7 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş Z.Seyidəhmədovla birgə 2020-ci il dekabrın 19-na keçən gecə şəhər ərazisində Yasab kənd sakini E.Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobildən oğurluq etmələri də müəyyən edilmişdir. Davam etdirilən tədbirlərlə Z.Seydəhmədov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.A.Balakişiyevin yanvarın 9-dan 19-dək olan müddətdə B.Ağasıoğlu küçəsində İmamqulukənd kənd sakini T.Xosrofova məxsus “VAZ-2107”, Köhnə Xudat kənd sakini S.Vəlibəyova məxsus “VAZ-2106” markalı avtomobillərdən və R.Rzayevin yaşadığı Hərbi şəhərcikdəki evin həyətindən müxtəlif əşyalar oğurlaması da müəyyən edilmişdir. |