DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polisin keçirdiyi əməliyyat zamanı xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkar olunub

04.05.2024

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti əməliyyat tədbiri zamanı Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. 
Araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar. 
Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda  "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=1ZCgXbV4YIk

 

 

04.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 04.05.2024
  • Yasamal rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Allahverdiyev avtomobillə birgə saxlanılıb 04.05.2024
  • Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən  şəxs saxlanılıb 04.05.2024
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində iki avtomobilə ziyan vurmaqda şübhəli bilinən E.Təhməzov saxlanılıb 04.05.2024
  • Polisin keçirdiyi əməliyyat zamanı xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkar olunub 04.05.2024