Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Press-relizlər Kriminal xronika Məlumatlar
Gün ərzində 82 cinayət faktı qeydə alınıb
16 yanvar 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. 
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar
16 yanvar 2017

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar. Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İlkin Çələbiyev saxlanılıb
16 yanvar 2017

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Alxan Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü -Sumqayıt şəhər sakini İlkin Çələbiyev saxlanılıb.

3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Kəmaləddin Qasımov saxlanılıb
16 yanvar 2017

Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Kəmaləddin Qasımov saxlanılıb.

Gəncə şəhər sakini Qara Budaqova xəsarət yetirməkdə şübhəli bilinən İlkin Cəfərov tutulub
16 yanvar 2017

Yanvarın 16-da Daşkəsən rayonunun Mədənçilər qəsəbəsindən Gəncə şəhər sakini Qara Budaqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi İlkin Cəfərov tutulub.

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi
16 yanvar 2017

Yanvarın 16-da saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib
16 yanvar 2017

Yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

arxiv