Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Xidmətə qəbul və vakansiya elanları

Daxili İşlər Nazirliyi vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

15.09.2026

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş digər tələblərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Namizədlərdən Microsoft Word və Microsoft Excel proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığı, məlumatlarla dəqiq və sistemli işləmə vərdişi, diqqətlilik, məsuliyyətlilik, obyektiv qərarvermə, komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı tələb olunur.
Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət  və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan, intensiv iş və stress şəraitində operativ, soyuqqanlı və düzgün qərarvermə bacarığına malik namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə nəzərdə tutulmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradılacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2026-cı il sentyabrın 14-dən oktyabrın 14-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Namizədlər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
* şəxsiyyət vəsiqəsi;
* ali təhsil haqqında diplom;
* əmək kitabçası (olduğu halda);
* hərbi bilet.
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-80-63; (012) 590-97-52; (012) 590-94-35.