Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Xidmətə qəbul və vakansiya elanları

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

19.08.2026

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 
Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə xarici dil üzrə (ingilis, rus, ərəb, fransız, alman, çin və s.) bilik səviyyəsini, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. 
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), yüksək səviyyədə (C1 və C2) xarici dil biliklərinə (ingilis, rus, ərəb, fransız, alman, çin və s.) malik olan, yazılı və şifahi tərcümə, hüquqi, rəsmi, işgüzar sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqları olan, Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər. Tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. 
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək “http://www.mia.gov.az” veb saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər. 
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir. 
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet; 
- əmək kitabçası (olanlar üçün). 
 
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır
və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. 
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:  (012) 590-98-37; (012) 590-80-66; 
(012) 590-94-12; (012) 590-93-64; (012) 590-83-69; (012) 590-80-63, (012) 590-97-52. 
 
 
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı 
 
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:
 
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Azərbaycan tarixi
  • Azərbaycan dili və ədəbiyyatı
  • Məntiq
  • Beynəlxalq hüquq
  • Beynəlxalq münasibətlər.