Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nuran İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyata keçirilən operativ tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Heydər Əliyev məktubunda müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin edilməsinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid atası Balaş Eyvazov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nigar Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində avtomobilində nasazlıq yarandığını və bunu görən Yol-Patrul Xidməti əməkdaşlarının ona köməklik göstərdiyini qeyd edərək humanist yanaşmaya görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Allhverdi Həsənov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, bank kartından oğurluqla bağlı müraciətinin müsbət həll olunduğunu bildirərək aparılan əhatəli araşdırmaya və göstərilən köməyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Reyhanə Aslanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bank kartından oğurluq edilməsi ilə bağlı müraciətinə operativ baxıldığını və qısa müddət ərzində dəymiş ziyanın qaytarıldığını qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İsmayıl Nəzərov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında ona göstərilən hüquqi yardıma, həmçinin diqqət və qayğıya, eyni zamanda operativliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Sabir Mahmudov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə dərhal reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüsal Süleymanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.