Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

2 saylı Vəkil Bürosunun vəkili Aytən Əliyeva və Bakı şəhər sakinləri Sevil və Anar Əliyevlər Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıblar.

Məktubda üzləşdikləri dələduzluq faktı ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etdikləri bildirilir. Müraciətlərinə dərhal reaksiya verilərək müvafiq tədbirlərin görüldüyü, əməliyyat-axtarış tədbirləri nəticəsində uzun müddət istintaqdan yayınmış həmin şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edildiyini qeyd edən müəlliflər Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

18.02.2020