Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.10.2026 - Masallı rayon sakini Yadulla Qədirov
Masallı rayon sakini Yadulla Qədirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinin Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
12.10.2026 - Astara şəhər sakini Aidə Allahveriyeva
Astara şəhər sakini Aidə Allahveriyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına, humanistliyə görə DİN rəhbərliyinə və Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.10.2026 - Lənkəran rayon sakini Xəyyam Balayev
Lənkəran rayon sakini Xəyyam Balayev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda onu narahat edən məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılmasına, məsələnin müsbət həllini tapmasına, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə təşəkkürünü bildirir.
12.10.2026 - Bakı şəhər sakini Elçin Ağayev
Bakı şəhər sakini Elçin Ağayev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda müraciəti üzrə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində obyektiv araşdırma aparılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə, vətəndaşların hüquq və mənafelərinin etibarlı qorunmasına görə təşəkkürünü bildirir.
12.10.2026 - Biləsuvar rayon sakini Seyyid Kazımov
Biləsuvar rayon sakini Seyyid Kazımov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda müraciəti ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindəın qəbul edilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına görə təşəkkürünü bildirir.
12.10.2026 - Lənkəran şəhər sakini Asəf Ağaquliyev
Lənkəran şəhər sakini Asəf Ağaquliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ reaskiya verilməsinə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə təşəkkürünü bildirir.
12.10.2026 - Bakı şəhər sakini Rövşən Nəcəfov
Bakı şəhər sakini Rövşən Nəcəfov Daxili İşlər Nazirliyinə yazdığı təşəkkür məktubunda onu narahat edən məsələ ilə bağlı müraciətinə operativ baxılmasına və məsələnin müsbət həlli ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal lazımi tədbirlərin görülməsinə görə minnətdarlığını bildirir.
12.10.2026 - Vətəndaş Elvin Nəsirov
Vətəndaş Elvin Nəsirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, sabitliyə, vətəndaşların hüquq və mənafelərinin etibarlı qorunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.10.2026 - Astara rayon sakini Mədinə İmaməliyeva
Astara rayon sakini Mədinə İmaməliyeva Daxili İşlər Nazirliyinə yazdığı məktubunda vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və qayğıya, humanistliyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.