Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.05.2025 - Tərtər rayon sakini Elvin Fərəcli
Tərtər rayon sakini Elvin Fərəcli məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə təşəkkürünü bildirir.
23.05.2025 - Vətəndaşlar Mirdamət Məmmədov, Mərdan Məmmədov və Məmmədəli Cəfərov
Vətəndaşlar Mirdamət Məmmədov, Mərdan Məmmədov və Məmmədəli Cəfərov məktublarında üzləşdikləri problemlə bağlı müraciətlərinə operativ baxılmasına və onlara dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirirlər.
22.05.2025 - Bakı şəhər sakini Nərmin Əliyeva
Bakı şəhər sakini Nərmin Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “03.05.2025-ci il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gələrək ərizə ilə müraciət etmişdim. Çox keçmədən 35-ci PB-nin əməkdaşları müraciətimə baxdılar və məsələ həll olundu. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm!”.
22.05.2025 - Bakı şəhər sakini Müşfiq Abuzərli
Bakı şəhər sakini Müşfiq Abuzərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.05.2025 - Bakı şəhər sakini Mətanət Cəlilova
Bakı şəhər sakini Mətanət Cəlilova qohumunun şəxsiyyət vəsiqəsi əldə etməsində yaranmış problemlə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxıldığını qeyd edərək göstərilən köməkliyə, həmçinin diqqət və qayğıya DİN-in rəhbərliyinə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.05.2025 - İsrail Respublikasının vətəndaşı Səadət Mirzoeva
İsrail Respublikasının vətəndaşı Səadət Mirzoeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə gəldiyim zaman üzləşdiyim problemlə bağlı Nəsimi Rayon Polis İdarəsinə etdiyim müraciət yüksək peşəkarlıqla araşdırılaraq müsbət həlli təmin olundu. Göstərilən diqqət və qayğıya görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə dərin təşəkkürümü bildirirəm”.
22.05.2025 - Ordubad rayon sakini Suad Kərimbəyli
Ordubad rayon sakini Suad Kərimbəyli teleqramında üzləşdiyi problemlə bağlı müraciətinə Ordubad Rayon Polis Şöbəsində operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğunu yazır. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə təşəkkürünü bildirir.
22.05.2025 - Babək rayon sakini Yasin Nağıyev
Babək rayon sakini Yasin Nağıyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi problemlə əlaqədar Babək Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu bildirir.
Y.Nağıyev vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası DİN-in və Naxçıvan MR DİN-in rəhbərliyinə, obyektivliyə və operativliyə görə Babək Rayon Polis İdarəsininin əməkdaşlarına minnətdarlığını bildirir.
22.05.2025 - Vətəndaş Aygün Yılmaz
Vətəndaş Aygün Yılmaz DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını qeyd edir. A.Yılmaz vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasında göstərilən köməklik üçün Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.