Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar
20.09.2022Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.