Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.01.2009 Saat 21.00 radələrində Ağcabədi rayonu ərazisində, rayon sakinləri Anar Qasımovun idarə etdiyi "VAZ-2107" markalı və Xanlar İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış X.İbrahimov, A.Qasımov və sərnişinləri, həmyerliləri Elçin Məmmədov və Bəxtiyar Əliyev xəstəxanaya yerləşdirilmişlər. A.Qasımov və E.Məmmədov orada ölmüşlər. Ağcabədi RPŞ tərəfindən araşdırmalar aparılır.