Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən odlu silah götürülmüşdür

12.01.2009

Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki taxta məmulatları zavodunun gözətçisi Hüseyn Bayramovdan 1 ədəd əldədüzəltmə qələm tapança və 2 ədəd patron götürülmüşdür.
Bərdə RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKM" silahı, 57 ədəd patron və 1 ədəd patron darağı tapılmışdır.

Qaradağ rayonunun Sahil qəsəbə sakini Şaban Əsədov tapdığı 1 ədəd "AK" silahını və 30 ədəd patronu könüllü olaraq polisə təhvil vermişdir.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Anatoli Tarskiydən 1 ədəd "AKM" silahı götürülmüşdür.