Nardaran qəsəbəsində keçirilən piket zamanı çıxış edənlərdən birinin Milli Məclisinin deputatı Sabir Rüstəmxanlını öldürmək barədə dediyi fikirlərlə əlaqədar cinayət işi başlanmışdır
10.01.2009 Yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piket zamanı çıxış edənlərdən birinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Rüstəmxanlını öldürmək barədə dediyi fikirlərlə əlaqədar Sabunçu Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırmalar aparılır.