Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.01.2009

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Səmədovdan 1,514 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Romakayevdən 6,11 qram marixuana, Bərdə RPŞ əməkdaşları rayon sakini Taryel Aslanovdan 4 qram həşiş, Şəmkir RPŞ əməkdaşları rayon sakini Elnur Nəzərovdan 1,5 qram həşiş götürmüşlər.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Hafiz Qənbərov 0,548 qram heroini həmyerlisi Ramin Abdullayevə satarkən tutulmuşlar.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan Tofiq Babayev tutulmuş, ondan 0,256 qram heroin aşkar edilərək götürülmüşdür.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini İqbal Abıyev 1,755 qram heroini satarkən tutulmuşdur.