Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mirnazim Əmirova qarşı zor tətbiq edərək 1800 dollarını və “VAZ-2107” markalı avtomaşınının dövlət qeydiyyat şəhadətnaməsini ondan almış Rauf və Ramin Abdullayev qardaşları tutulmuşlar

09.01.2009

Yanvarın 8-də Buzovna qəsəbəsi ərazisində, qəsəbə sakinləri Rauf Abdullayev və onun qardaşı Ramin Binə qəsəbə sakini Mirnazim Əmirova qarşı zor tətbiq edərək 1800 dollarını və “VAZ-2107” markalı avtomaşınının dövlət qeydiyyat şəhadətnaməsini ondan almışlar. DİN Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rauf və Ramin Abdullayev qardaşları saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Yasamal RPİ-nin 27-ci PB-nə təhvil verilmişlər. Faktla əlaqədar toplanmış materiallar aidiyyatı üzrə Əzizbəyov RPİ-yə göndərilmişdir.