Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır
25.12.2008Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər yaralanmışdır.
- 1 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 48 nəfər tutulmuşdur.