Samux rayonunun Kolayır kənd sakini İmran Süleymanov ailə münaqişəsi zəminində evini yandırmışdır
02.12.2008 Saat 04.00 radələrində Samux rayonunun Kolayır kənd sakini İmran Süleymanov ailə münaqişəsi zəminində evini yandırmışdır. Nəticədə 72 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.