Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasiələr götürülmüşdür

14.11.2008

Dəvəçi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə ilə tutulmuş Kənan Əliyevə arvadı Hədiyyə tərəfindən RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasına gətirilmiş sovqatın içindən 1 qram heroin aşkar edilərək götürülmüşdür. Hədiyyə Əliyeva saxlanılmışdır. K.ƏLiyevin yaşadığı evdən əlavə 1 qram heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində K.Əliyevin üstündən və evindən götürülmüş narkotik vasitənin  Dəvəçi rayon sakini Fəqan Səfərəliyev tərəfindən satılması müəyyən edilmiş, F.Səfərəliyev tutulmuşdur.
Noyabrın 13-də Gəncə şəhərində, şəhər sakini Rafiq Məhərrəmova məxsus "VAZ-21063" markalı avtomaşından oğurluğa cəhd göstərmiş Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,3 qram heroin aşkar edilərək götürülmüşdür.