Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi

09.11.2008

Saat 23.20 radələrində Nəsimi rayonundakı Seyidzadə küçəsində Bakı şəhər sakini Saleh Əkbərovun idarə etdiyi "Lexus" markalı və M.Ə.Rəsulzadə qəsəbə sakini Tofiq Şirinovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə T.Şirinov və sərnişinlərindən Şərur rayon sakini Süleyman Bağırov hadisə yerində ölmüş, xəsarət almış Şərur rayon sakinləri Suhiyə Bağırova, Mənsurə Bağırova, Xəlil Bağırov və onun oğlu Baxşəli xəstəxanaya yerləşdirilmişlər. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.