Nəsimi rayonundakı Əbilov küçəsi ev 78-də baş vermiş yanğın nəticəsində 2 nəfər ölmüşdür
09.11.2008 Noyabrın 10-da saat 07.00 radələrində Nəsimi rayonundakı Əbilov küçəsi ev 78-də yaşayan Azad Kərimova məxsus 1 mərtəbəli fərdi evdə yanğın baş vermişdir. Nəticədə 60 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra A.Kərimin və onun arvadı Anyanın yanmış meyitləri tapılmışdır.