Bakı-Qazax yolunun Şamaxı rayonu ərazisində yol-qəza hadisəsi
31.10.2005Saat 20.00 radələrində Bakı-Qazax yolunun Şamaxı rayonu ərazisində, Şəki şəhər sakini Elşad Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı və Ucar rayon sakini Dövran Əliyevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü hadisə yerində ölmüş, E.Allahverdiyevin sərnişinləri, həmyerliləri Mehman Məmmədov, Adil İsmayılov, Murad və Əvəz adlı şəxslər, eləcə də D.Əliyevin sərnişini, həmyerlisi Mahal İbrahimov və Oğuz rayon sakini Könül Ağakişiyeva xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Əvəz orada ölmüş, digərlərinin vəziyyəti isə ağırdır.