"Klassik" firmasının anbarında yanğın baş vermişdir
24.10.2005Saat 17.35 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İran vətəndaşı Pərzanə Fərhada məxsus ümumi sahəsi 1500 kvadratmetr olan "Klassik" firmasının (yuyucu tozlar istehsal edən) anbarında yanğın baş vermişdir. Nəticədə 10 ton preslənmiş karton yanmışdır.