Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Nadirkənd kəndi ərazisində yol-qəza hadisəsi

24.10.2005

Bakı-Qazax yolunun 324-cü kilometrliyində - Goranboy rayonunun Nadirkənd kəndi ərazisində, Xanlar şəhər sakini Ərəb Mayılovun və Gəncə şəhər sakini Ramiz Ələkbərovun idarə etdikləri "Ford" markalı mikroavtobuslar toqquşmuşdur. Nəticədə hər iki sürücü və mikroavtobuslarda olan sərnişinlərdən 6 nəfəri hadisə yerində ölmüş, 13 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişlər. Yaralılardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, 5 nəfərin vəziyyəti orta-ağır, 1 nəfərin vəziyyəti isə ağırdır. İlkin məlumata əsasən hadisənin Ə.Mayılovun idarə etdyi avtomaşını yolun əksinə çıxarmasından baş verməsi ehtimal olunur. Hadisə ilə bağlı Goranboy RPŞ-də araşdırmalar aparılır.