Goranboy rayonunun Nadirkənd kəndi ərazisində yol-qəza hadisəsi
24.10.2005Bakı-Qazax yolunun 324-cü kilometrliyində - Goranboy rayonunun Nadirkənd kəndi ərazisində, Xanlar şəhər sakini Ərəb Mayılovun və Gəncə şəhər sakini Ramiz Ələkbərovun idarə etdikləri "Ford" markalı mikroavtobuslar toqquşmuşdur. Nəticədə hər iki sürücü və mikroavtobuslarda olan sərnişinlərdən 6 nəfəri hadisə yerində ölmüş, 13 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişlər. Yaralılardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, 5 nəfərin vəziyyəti orta-ağır, 1 nəfərin vəziyyəti isə ağırdır. İlkin məlumata əsasən hadisənin Ə.Mayılovun idarə etdyi avtomaşını yolun əksinə çıxarmasından baş verməsi ehtimal olunur. Hadisə ilə bağlı Goranboy RPŞ-də araşdırmalar aparılır.