Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsi
02.10.2008 Saat 21.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində Şamaxı rayon sakini Mətləb Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı və Türkiyə vətəndaşı Emin Zərədənin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Rəsulov və sərnişinlərindən, Şamaxı rayon sakini Rahim Cəbrayılov hadisə yerində ölmüş, xəsarət almış Şamaxı rayon sakini Qabil Cəfərov isə xəstəxanaya yerləşdirilmişdir. Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.