DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

02.10.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ 23-cü PB əməkdaşları Keşlə qəsəbə sakini Vahid Həsənovdan 6,01 qram marixuana, Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Dilavər Nəsirovdan 1,023 qram heroin götürmüşlər.  

         DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Daşkəsən RPŞ əməkdaşları tərəfindən Dəstəfur kəndində 65 sot sahədən yabanı halda bitmiş, çəkisi 2 ton 806 kiloqram olan 1412 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.