Soyğunçuluq etmiş Bakıxanov qəsəbə sakini İlqar Məmmədov tutulmuşdur
29.09.2008 Sentyabrın 30-na keçən gecə Sabunçu rayonunun M.Fətəliyev küçəsində, naməlum şəxs, Bakı şəhər sakini Samirə Qafurovaya qarşı zor tətbiq edərək içərisində 60 manat olan çantasını ondan almışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakıxanov qəsəbə sakini İlqar Məmmədov tutulmuşdur.