Bakı şəhər sakini H.Hüseynova qarşı zor tətbiq edərək pulunu almış şəxslərdən biri tutulmuşdur
24.09.2008Sentyabrın 21-də Nizami rayonundakı Naxçıvanski küçəsində 3 naməlum şəxs Dəmiryolçular küçəsində yaşayan Hamlet Hüseynova qarşı zor tətbiq edərək ondan 3 manat almış və 20 manat gətirməsini tələb etmişlər. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, M.Muxtarov qəsəbə sakini Cavid Cəfərov tutulmuşdur.