Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.09.2008

     Saat 12.45 radələrində Göygöl rayonu ərazisində, Murovdağ qəsəbə sakini Mülkədar Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Gəncə şəhər sakini Rafiq Mədətinin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Məmmədovun sərnişinlərindən qızı Nurcan hadisə yerində ölmüş, xəsarət almış M.Məmmədov, oğlu İsmayıl, qızı Lalə, qohumu Könül Məmmədova, habelə R.Mədəti və onun sərnişinləri, Gəncə şəhər sakinləri Elşad Həsənov, Rəna Hüseynova isə xəstəxanaya yerləşdirilmişlər. R.Mədəti və İsmayıl orada ölmüşlər. Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.