DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.09.2008

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həzrətqulu İmanovdan 2,257 qram heroin, Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşları Bakı şəhər sakini Namiq Əsgərovdan 0,225 qram heroin, Nərimanov RPİ əməkdaşları İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Abdulovdan 0,228 qram heroin, Qaradağ RPİ əməkdaşları Lökbatan qəsəbə sakini Fəxrəddin Məmmədovdan 0,507 qram heroin, Biləsuvar RPŞ əməkdaşları rayon sakini Etibar Abdulovdan 1,42 qram həşiş, Quba RPŞ əməkdaşları Bağbanlı kənd sakini Rahim Mahmudovdan 0,071 qram heroin götürmüşlər.  

      Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində   Ərçivan  kənd sakini Gündüz Tağıyev 0,307 qram heroini satarkən tutulmuşdur.