Bilgəh qəsəbə sakini İlyas Həsənzadənin evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
19.09.2008 Saat 13.00 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbə sakini İlyas Həsənzadənin evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış, yanıq xəsarəti almış İ.Həsənzadə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.